“Safir” serialında baş rolda oynayan aktrisa Özge Yağız və həmkarı Burak Berkayın eşq iddiaları gerçək olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Özge Yağız sevgilisi Gökberk Demircidən buna görə ayrıldığı haqda xəbərlər yayılıb. Cütlük ötən ay ayrılıb.
Burak Berkay Akgül də 3 il həmkarı Hira Koyuncuoğlu ilə sevgili olub. Ötən aylarda Akgül evlənməyə qərar verdiklərini söyləyib. Hətta onun romantik evlilik təklifi etmək üçün yer axtardığı da iddia edilib. Sonradan, nə oldusa, bu cütlük də ayrıldı.
Şayiələrə görə, ayrılıq səbəbi həqiqətən Özge Yağız olub. Yağız açıqlama verərək, iddiaları təkzib edib: "Həyatımda heç kim yoxdur. Təbii ki, bəyannamə vacibdir, amma insanların ağzı torba deyil”.