Şahzadə Harri Amerikanın "CBS" telekanalına müsahibəsində kraliça Consort Kamillanı "təhlükəli cani" adlandırıb.
Lent.az xəbər verir ki, şahzadə Harri kral III Çarlzın həyat yoldaşını nüfuzlu Britaniya mətbuatının dəstəyini almaq və onun imicini bərpa etmək üçün mediaya məlumat sızındırmaqda ittiham edib.
Harri deyib ki, Kamilla onu şəxsi PR-da qurban verib:
"Əgər ön səhifələrdə əlverişli başlıqlar, haqqınızda müsbət yazıların yazıldığını görsəniz, reputasiyanızı artıracaqsınız və Britaniya ictimaiyyətinin sizi monarx kimi qəbul etmə şansını artıracaqsınız".
Qeyd edək ki, şahzadə Harri başqa bir açıqlamasında deyir ki, atası və qardaşı ilə münasibətləri gərgindir.