Müğənni Rəqsanənin qızı Aysun ərinin evdə qabları yuması ilə bağlı paylaşım edib.
Lent.az-ın məlumatına görə, izləyiciləri onu bu paylaşımına görə qınayıb.
O isə həmin izləyicilərə sərt cavab verib.
“Mənə deyirsiniz, anan sənə niyə qabyuyan maşın cehiz verməyib? Mənim qabyuyan maşınım var. Amma 2 boşqabdan ötrü maşını işə salmıram. Belimdə problemim var, ona görə yoldaşım mənə kömək edir. Sizin həyat yoldaşlarınız sizə kömək etmir deyə paxıllıq edirsiniz”,- deyə o bildirib.