Tanınmış rəqqasə Rəna Ağamuradova müzakirələrə səbəb olacaq paylaşım edib.
Lent.az xəbər verir ki, o, "Instagram" hekayəsində ona qarşı kobudluq etdiyini iddia edən maşınının fotosunu paylaşaraq, tənqidi sözlər yazıb:
"İnsanlar vəhşi olub, Vallah. Adamın üstünə sürürlər. Belə sürücülərin əlindən qəzalar olur. Artıq sürücülük vəsiqəsi verəndə psixoloji problemləri də yoxlamaq lazımdır.
Adamda bir az yol mədəniyyəti olar. O da çətin, belə səviyyəsizlər haradan bilər mədəniyyət nədir? Ancaq gücü xanımlara çatar. Düzdür, payını aldı, məndən də, söyüşü qəbul edib yoluna düz getdi".