Madonna
10 oktyabr 2021 00:16 (UTC +04:00)

Madonna

Pop musiqinin kraliçası: “İntihar etmək istəyirdim” - VİDEO

Pop musiqinin kraliçası Madonna şəxsi həyatı ilə bağlı bəzi təfərrüatları açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 63 yaşlı amerikalı müğənni intihar haqqında düşündüyünü etiraf edib.

Madonna, "Matritsa" blokbasterində Triniti və "Batmanın qayıdış" filmindəki Pişik qadın rollarının təklif edildiyini bildirsə də, ikisini də rədd etdiyini açıqlayıb.

O, etiraflarını “The Tonight Show With Jimmy Fallon” şousunda edib. 

“Bu filmlərin hər ikisini gördüm və Pişik-qadın rolundan imtina etdiyimə görə peşman oldum. Açığı, bu rol güclü idi. Mən də “Matritsa”dakı rolu da rədd etdim. Buna inana bilərsənmi? Özümü öldürmək istədim! Bu barədə çox narahat idim", deyə müğənni vurğulayıb.

Nəticədə, film 1,3 milyon dollar gəlir əldə edərək kino tarixinin ən uğurlu trilogiyalarından biri olub.

Madonnanın etirafları

# 4680
avatar

Oxşar yazılar