Türkiyənin populyar müğənnisi Ajda Pekka səhnəyə nə zaman qayıdacağı barədə məlumat yayıb.
Lent.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, keçirdiyi əməliyyatdan sonra ilk açıqlamasında sevənlərinə sevgi dolu diləklərini çatdırıb:
"Hər kəsə sevgilərimi göndərirəm, dualarınızı əskik etməyin. 15 dekabrda səhnədə olacağam".
76 yaşlı Ajda Pekkanın bir neçə gün əvvəl evində yıxılaraq ombasının qırıldığı bildirilirdi. Sonra mətbuatda dolaşan məlumatlara əsasən, onun belə hadisə yaşamadığı, fəqət, konsertlərinə biletlərinin satılmadığı üçün bəhanə uydurduğu iddia olunur.