Şairə Nazilə Səfərli
29 iyun 2021 00:14 (UTC +04:00)

Şairə Nazilə Səfərli

Nazilə Səfərlinin QEYRİ-ADİ arzusu: "Bakıda çimərliyə gedə bilmirəm"

Şairə Nazilə Səfərli maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Lent.az "baku.ws"ə istinadən bildirir ki, "Atv maqazin onlarla" verilişinə qonaq olan Nazilə indiyə qədər aldığı ən yüksək qonorardan danışıb. O, həmin məbləğə avtomobil aldığını deyib:

"Ziyafətlərdən birində bir günə avtomobil pulunu qazanmışam. Həmin maşın mənim üçün əlçatmaz idi. İnana bilmirdim ki, mən nə vaxtsa o avtomobili ala bilərəm. Amma məhz o gecə mən avtomobilin pulunu qazandım. Dollar paçkasını açırdılar, başımdan tökürdülər. Ovcuma nə qədər tökülürdüsə, o qədər yığa bilirdim. Amma bir xalq artisti var idi, o əyilib yerdəki bütün pulları yığırdı".

Veriliş zamanı Nazilə qeyri-adi arzusundan da danışıb. Belə ki, Bakıda çimərliyə gedə bilməyən Səfərli milli çimərlik geyimi tikdirəcəyini açıqlayıb:

"Bakıda çimərliyə gedə bilmirəm. Ona görə ki, bir neçə dəfə kənardan şəklimi çəkiblər. Bu səbəbdən skandallar yaşadım. Gördüm məni çəkirlər, o görüntüləri sildirdim. İnsanlar məni çimərlik geyimində qəbul edə bilmir. Buna görə də milli çimərlik geyimi sifariş vermək istəyirəm. Amma bilmirəm, necə olacaq. Qoymurlar açıq geyinməyə, mən də kompleksə düşürəm. Deyirlər ki, "Mənim şairimə bax, çimərlik geyimi ilə dənizə gəlib".

Nəinki çimərlik geyimi, hətta məni şortikdə də qəbul etmirlər".

# 7764
avatar

Oxşar yazılar