Britaniyalı müğənni Kreyq Devid bir ildən artıqdır ki, cinsi əlaqədə olmadığını etiraf edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, gələcəkdə səhvlərdən xilas olmaq üçün cinsi əlaqədən çəkindiyini bildirib.
42 yaşlı sənətçi qısamüddətli münasibətlərə öyrəşdiyini, lakin bu münasibətlərin artıq onu qane etmədiyini qeyd edib. “Anladım ki, problemlərimi həll edənə qədər başqasına açıq ola bilməyəcəm. Hər şeydən əl çəkməli olduğumu başa düşdüm”.
“Bunun cinsi əlaqədə olmadığı anlamına gəlirmi” sualına Kreyq belə cavab verib: “Uzun müddətdir. Bəlkə də bir il... “Mənə indi əsl münasibət lazımdır, bu gözəl görünmək deyil, estetika deyil”.
Onun sözlərinə görə, o, "dərindən danışa biləcəyi", "dəli kimi gülə" biləcəyi, həmçinin "heyrətamiz seksdən" həzz ala biləcəyi tərəfdaş tapmağa ümid edir.
Müğənni 1999-cu ildə Artful Dodger qrupunun "Re-Rewind" sinqlına çəkildikdən sonra şöhrət qazanıb.
Devidin debüt studiya albomu Born to Do It 2000-ci ildə buraxılıb və o, daha beş studiya albomu buraxıb.