Türkiyənin ən zəngin xanımlarından olan Sürəyya Yalçın ana olmağa hazırlaşır.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Sürəyya həyat yoldaşı Ozan Baranla övlad sahibi olmaq istəyir. O, bunu daşıyıcı ana vasitəsilə həyata keçirməyi planlaşdırdığını bildirib.
Hal-hazırda Bodrumda tətildə olan cütlük, Mayamiyə qayıtdıqdan sonra bu istiqamətdə işlərə başlayacaqlarını bildirib.
Sevinc Fərid