Dünyaca məşhur, 41 yaşlı Kim Kardaşyanın özündən 13 yaş kiçik sevgilisi Pete Davidson ata olmaq istədiyini açıqlayıb.
Lent.az xəbər verir ki, onun açıqlamaları barədə xarici KİV məlumat yayıb. Pete deyib ki, ata olmaq üçün əlindən gələni edir:
"Övladımın olmasını istəyirəm, bu, mənim arzumdur. Həyatımın o dövrü üçün çox həyəcanlıyam. Əslində indi bir növ ata olmağa hazırlıq mərhələsindəyəm. Yaxşı bir adam olmağa və dəyişməyə çalışıram ki, ata olanda hər şey daha rahat olsun".
Qeyd edək ki, dörd uşaq anası Kim K. məşhur repçi Kanye West ilə 8 illik evliliyini təzəcə sonlandırmışdı. Onun yenidən ana olması iddiaları da mediada dolaşır.
Kim Kardaşyan və ailəsi