Məşhur türkiyəli müğənni Aleyna Tilkinin anası Havva Öztel etdiyi paylaşımlarla ölkəsində müzakirələrə səbəb olub.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Havva Öztel son paylaşımı ilə hər kəsi təəccübləndirib.
Mini geyinən Öztel Kalamışda havaların gözəl və sakit keçməsi ilə fürsətdən istifadə edərək gəzintiyə çıxıb. Bu zaman çəkdirdiyi fotoları da öz "İnstagram" hesabında paylaşıb.
Daha əvvəl bikini pozaları ilə gündəmdə olan Havva, öz bədən quruluşu ilə gəncləri geridə qoyub.
Sevinc Nurəddinova