Məşhur aktrisanı həbs gözləyir?
02 iyun 2022 17:13 (UTC +04:00)

Məşhur aktrisanı həbs gözləyir?

Məşhur müğənnini həbs gözləyir? - "Üzr istəsəydi..."

Məşhur müğənni Lerzan Mutlu aparıcı Seren Serengilə həqarət etdiyinə görə məhkəmədə hakim qarşısına çıxıb. 

Lent.az xəbər verir ki, Seren Serengil anası Nevin Teomanı və özünü sosial mediada təhqir etdiyinə görə Lerzandan şikayətçi olub.

O, mediaya açıqlamasında bildirib ki, Lerzan üzr istəsəydi, onu bağışlaya bilərdi, ancaq:

“O, uzun müddətdir mənə qarşı düşmənçilik edir. İttiham edildiyi maddəyə əsasən, paylaşımları, rəyləri və başqa hərəkətləri birbaşa məni və anamı hədəfi alaraq edib”.

Onun bu sözlərini qarşı tərəf təkzib edərək deyib ki, onunla heç bir düşmənçiliyi yoxdur və iddiaları əsassızdır.

Seren Serengil ittiham etdiyi müğənni  Lerzan Mutlu üçün 4 il 1 aya qədər həbs cəzası istəyib.

Müğənninin vəkili Lerzanı müdafiə edərək bəraət  tələb edib. 

Məhkəmə tərəflərə mahiyyəti üzrə ifadə vermək üçün prosesi təxirə salıb.

Seren Serengil və Lerzan Mutlu 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3357
avatar

Nigar Namiq

Oxşar yazılar