Cennifer Lopez, Ben Affleklə  öpüşəkən
25 iyul 2021 15:26 (UTC +04:00)

Cennifer Lopez, Ben Affleklə öpüşəkən

Məşhur müğənnidən -SEVGİ ETİRAFI

52 yaşlı amerikalı aktrisa və müğənni Cennifer Lopez Ben Affleklə sevgi münasibətlərini həqiqətən bərpa etdiyini təsdiqləyib.

Lent.az-ın məlumatına görə, Lopez məşhur aktyora olan hisslərini təsdiqləmək üçün öz mikrobloqunda sevgilisi ilə ehtiraslı öpüşdüyü anın fotosunu yerləşdirib.

Fotoda müğənninin  sevgilisi ilə ehtirasla öpüşməsi və bir-birinə sarılması əks olunub. 
Fanatları da Cennifer Lopezin bu paylaşımından zövq alıblar. Şərhlərdə ulduz müğənninin duyğularını bölüşüblər və eyni zamanda məşhur cütlüyə xoşbəxtlik arzulayıblar.
Qeyd edək ki, Ben Affek və Cennifer Lopezin sevgi romanı barədə şayiələr bir neçə ay əvvəl ortaya çıxıb. 
Bununla belə, onlar bu söz-söhbətlərə heç bir reaksiya verməyiblər. 
Onu da əlavə edək ki, cütlük 2000-ci illərin əvvəllərində də görüşürdülər. Onlar hətta toy planlaşdırsalar da, bu baş tutmamışdı.

# 5514
avatar

Oxşar yazılar