"Yarqı" və "Aşk 101" serialları ilə tanınan uğurlu aktrisa Ece Yüksel ailə həyatı qurub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa uşaqlıq sevgilisi Martin Veverslə səssiz-səmirsiz evlənib.
Aktrisa sosial media hesabında toy mərasimindən və şənliklərdən çoxlu fotolar paylaşıb. Veverslə nikah masasına oturan 24 yaşlı aktrisa avqustun 3-də evləndiklərini açıqlayıb.
Ece Yüksel və Martin Veversin sadə nikah mərasimindən görüntüləri təqdim edirik: