Türkiyənin tanınmış aktyoru Kubilay Akanın başına dəhşətli hadisə gəlib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, gənc aktyor evində yıxılaraq başını şüşəyə vurub. Ona ilk yardıma isə qonşusu aktyor Aras Bulut İynemli gəlib. İynemlinin köməyi ilə Aka xəstəxanaya yerləşdirilib. Aktyorun başına 12 tikiş vurulub.
Hazırda vəziyyətinin yaxşı olduğu və müalicəsinin davam etdiyi bildirilir.
Sevinc Fərid