Məşhur amerikalı aktyor Kianu Rivzə baş rolu canlandırdığı "Con Uik 4" filminin qalası zamanı evlilik təklifi edilib.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, aktyora evlilik təklifini pərəstişkarı edib.
Fanatı Kianuya hamının içində "Səninlə evlənəcəyəm!", - deyə, qışqırıb. Aktyor onun addımına qarşılıq olaraq "Hə? Nə istədiyinə fikir ver!", - deyib.
Onu da qeyd edək ki, Kianu Rivz şəxsi həyatını gizli yaşamağı sevir.