Deniz Çakır, türkiyəli aktrisa
23 iyun 2021 00:43 (UTC +04:00)

Deniz Çakır, türkiyəli aktrisa

Məşhur aktrisanın velosipedi oğurlandı - FOTO

Türkiyəli aktrisa Deniz Çakırın elektrik velosipedi oğurlanıb.

Lent.az xəbər verir ki, aktrisa velosipedi Beşiktaşda qaldığı binanın girişindəki boşluğa qoyubmuş, ancaq sonradan onu yerində görmədiyindən polisə şikayət edib.

Polis ətrafdakı müşahidə kameralarını incələyib və velosipedi qaçıran şəxsin Uyqar K. adlı tibb bacısı olduğunu müəyyən edib. Uyqar K. velosipedi polis orqanına çağırılıb və ifadəsi alınıb. O, velosipedi də polisə təqdim edib. Polisə ifadəsində tibb bacısı əməlini etiraf edib və çox peşman olduğunu deyib.

Oğurluq əməli ilə bağlı məhkəmə qarşısına çıxan Uyqar K. velosipedi pandemiya dövründə tez-tez COVID-19 xəstələrinə baş çəkməli olduğu üçün ehtiyacdan götürdüyünü və bir gün geri qaytarmaq niyyətində olduğunu deyib.

Məhkəmədə ifadə verən aktrisanın vəkili velosipedin geri qaytarıldığını təsdiqləyib və Uyqar K.-nın tibb işçisi olduğunu, velosipedi də məhz xəstələrə yardım etmək üçün istifadə etdiyini nəzərə alaraq şikayəti geri götürdüklərini açıqlayıb. Belə olan halda məhkəmə işə xitam verib və Uyqar K. sərbəst buraxılıb.

# 2658
avatar

Oxşar yazılar