Məşhur aktrisa  MƏHKƏMƏDƏ UDUZDU
25 may 2022 14:04 (UTC +04:00)

Məşhur aktrisa MƏHKƏMƏDƏ UDUZDU

Türkiyənin məşhur aktrisası Ezgi Molanın Musa Orhana qarşı təhqirə görə məhkəmə prosesi başa çatıb. 

Lent.az xəbər verir ki, məhkəmənin son qərarı bəlli olub. Aktrisaya 6 min 960 TL pul cəzası kəsilib. Məhkəmə bitəndən sonra görüntülənən Ezgi jurnalistlərə “təəcübləndinizmi? Mən yox... Ümid edirəm daha təəccüblü günlər görərik”, – deyib.  

Qeyd edək ki, aktrisa Ezgi Mola 18 yaşlı qıza cinsi təcavüz edib həbs olunan Musa Orhan adlı şəxsi sosial media üzərindən təhqir etməkdə ittiham olunurdu. 

Ezgi Mola və Musa Orhan

# 3138
avatar

Nigar Namiq

Oxşar yazılar