Meksikalı müğənni Armando Manzanero
30 dekabr 2020 11:52 (UTC +04:00)

Meksikalı müğənni Armando Manzanero

Məhşur müğənni koronavirusdan vəfat etdi

Dünyaca şöhrətli meksikalı müğənni və söz yazarı Armando Manzanero koronavirus qurbanı oldu.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, təxminən bir aydır yoluxduğu koronavirusdan müalicə alan 86 yaşlı sənətçi ötən gecə xəstəxanada dünyasını dəyişib.

Meksika prezidenti Andres Manuel Lopez Obrador sənətçinin vəfatı münasibəti ilə yaydığı açıqlamada dərindən kədərləndiyini ifadə edərək: “Ölkəmizin ən yaxşı bəstəkarını itirdiyi üçün yasdadır. Ailəsinə və yaxınlarına başsağlığı verirəm. Coxsayda mükafat sahibi olan Manzanero 2001- ci ildə “Duetlər” albomu ilə Latın Qremmi Mükafatına layiq görülmüşdü. Sənətçi 204-cü ildə Ömürlük Uğur Mükafatını qazanaraq, bu mükafata sahib ilk Meksikalı olaraq tarixə keçib.

Xatırladaq ki, Manzanero bir çox filmlərdə rol alıb, 600-dən çox mahnıya imza atıb. Onun bəstələdiyi mahnılar dünya miqyasında tanınan Elvis Presley Dionne Warwick, Perry Como kimi ulduzlar ifa edib

# 3225
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar