Jerarddan Rozaya CAVAB: "Övladlığa götürülməmişəm"  - YENİLƏNİB
06 avqust 2024 16:25 (UTC +04:00)

Jerarddan Rozaya CAVAB: "Övladlığa götürülməmişəm" - YENİLƏNİB

Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü Jerard Qafarov işsizlikdən və yemək almağa pul tapmamasından şikayətlənib. O, sosial media hesabında bu fikirləri yazıb: "4-5 gündür ki, işsizəm. İş tapa bilmirəm. Evdə yeməyim yoxdur. Neçə gündür yemək də yeyə bilmirəm. İmkanı çatan mənə kömək ola bilər, evimə yemək alım. Kimin imkanı çatırsa, yazar, kart ataram, pis vəziyyətdəyəm".

Müğənni Roza Zərgərli "Instagram" hesabında paylaşım edərək qeyd edib ki, Jerard dilənçiliyi, xalqa müraciəti daha üstün tutur, nəinki iş görməyi.

Lent.az xəbər verir ki, Jerard oxu.az-a açıqlamasında cəmiyyətdə yanlış fikir formalaşdığını qeyd edib:

"Roza xanımla bir problemim yoxdur. Sadəcə, öz durumumu paylaşaraq insanlardan yardım istədim. Söhbət pulda deyil. Özümü dolandırmaq üçün iş axtarıram. Çünki hara işə düzəlsəm, internatda böyüdüyümü biləndən sonra məni işdən kənarlaşdırırlar. Roza xanımla uşaq evində tanış olmuşam. Evinə qonaq getmişəm, bayramdan-bayrama görüşmüşük. Ayda-ildə bir dəfə cibimə xərcliyə pul qoyub. Bu yardım kiminsə həyatını dəyişəcək gücdə deyil. Roza xanımın əleyhinə danışmıram, sadəcə, öz vəziyyətimi paylaşmışam. İnanmayan şəxsləri də yaşadığım yerə dəvət edirəm. Gəlib reallıqla tanış olsunlar. Ağ günə çıxa bilməmişəm. Mən də yaşamaq istəyirəm.

Roza xanımın mənə daim dəstək olması ilə bağlı cəmiyyətdə yanlış fikir yaranıb. Elə bir situasiya olsa, son paylaşımı etməzdim. Roza xanımla əlaqəm yoxdur, 4 ilə yaxındır ki, uzaq yaşayıram. 4 il ərzində ayda-ildə bir dəfə "salam-sağ ol" edərik. Bu müddət ərzində müxtəlif yerlərdə fəhlə işləmişəm. Fəhləlikdən də yorulmuşam, daimi, normal işim yoxdur ki, həyatımı yaşaya bilim. Roza xanım məni heç vaxt işə düzəltməyib. Sadəcə, bayramdan-bayrama eyni məkanda olmuşuq".

Jerard onu da qeyd edib ki, qanuni olaraq dövlət himayəsində hesab edilir: "Məni heç kim övladlığa götürməyib. Elə bir şey yoxdur. Uşaq evi qeydiyyatındayam. Roza xanım paylaşım edib ki, guya mən dilənçilik edirəm. Xeyr, elə deyil. Dilənçilik etmirəm, insanlardan dəstək istəyirəm. Pul almaq bir-iki dəfə olur, yalnız iş istəyirəm".

***

13:08

Müğənni Roza Zərgərli kiçik oğlu Jerard Qafarovun açıqlamasına münasibət bildirib.

Lent.az xəbər verir ki, bununla bağlı müğənni sosial media hesablarında məlumat yayıb.

Paylaşımda deyilir:

“Bir uşağa qucaq açmaq hər igidin işi deyil. Bir çox kişinin görə bilmədiyi işi gördüm. Allah xatirinə... Quyuya su tökməklə quyu sulu olmur. İki doğma qardaş. Biri iş sahibi olmağı bacardı, zəhmətimi, əməyimi dəyərləndirdi. Digəri isə göz önündədir. Sağlıq problemi olan insanlar belə dilənmirlər. Bu övladımdakı əməyimə heyfim gəlir. Bu qədər. 26 yaşında evi olan insan boğazını dolandıra bilmirsə və yaşatdığım həyatı qoyub, seçdiyi yolda uğuru yoxdursa.... Valideyn ona nə etsin? Şərh yazanlara isə sözüm budur: Mən bacarmadığımı düşünürsünüzsə, indi siz bacarın!”.



Qeyd edək ki, ötən gün Jerard sosial şəbəkə hesabında işsiz olduğunu, hətta yeməyə belə pul tapmadığını bildirərək kömək istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11835
avatar

Fidan İlqar

Oxşar yazılar