Türkiyəli müğənni Berkay Şahin
11 iyun 2021 00:09 (UTC +04:00)

Türkiyəli müğənni Berkay Şahin

İzləyicisinə verdiyi cavaba görə türk müğənniyə 4 il 4 ay HƏBS

Türkiyəli müğənni Berkay Şahin sosial şəbəkədə izləyicisinə yazdığı cavaba görə problemlə üzləşib.

Lent.az “Haber Global”a istinadən xəbər verir ki, onun paylaşımına şərh yazan izləyicisinə “klaviatura başında elə söz atmaq asandır. Olar birdən qarşılaşsaq...”, - deyə cavab verən məşhur müğənniyə qarşı “təhqir və təhdid” ittihamı ilə 4 il 4 aya qədər həbs cəzası istənilib.

İzləyicisinin şikayəti əsasında barəsində istintaq araşdırmasına başlanılan müğənni vəkili açıqlama verib: “Onu tanımıram. Ailəmlə şəklimin altında təhqiramiz şərh yazanda əsəbiləşib yazdım. Mən də şikayət edəcəm”.

İstintaqı aparan müstəntiq Zübeyr Tecelli Akbulut müğənninin sosial şəbəkə hesabında öz izləyicisinə “klaviatura başında elə söz atmaq asandır. Olar birdən qarşılaşsaq... səni necə yerində oturtduğumu görərsən” deyə başlayan bir cümləylə cavab verməklə “təhqir və təhdid” günahı işlədiyini bildirib.

Berkaya qarşı 4 il 4 aya qədər həbs cəzası tələb edən müstəntiq işi məhkəməyə verib. Müğənninin məhkəməsi yaxın günlərdə başlayacaq.

# 3045
avatar

Oxşar yazılar