"Hərdən həyat yoldaşları ayrı qalmalıdır" - Azərbaycanlı aparıcı
13 noyabr 2021 12:26 (UTC +04:00)

"Hərdən həyat yoldaşları ayrı qalmalıdır" - Azərbaycanlı aparıcı

"İşdən çıxan kimi evə qaçmağa fürsət axtarıram. Buna səbəb həm yorğun, həm gərgin olmağımdır. Bəylər oturur, ancaq telefona baxır. Gedib ailənlə otur. İstənilən vəziyyətdə məclisdə oturanda da bir-birinizlə danışmırsınız. Belə-belə insanlar bir-birindən soyuyur".

Lent.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev "Zaurla Günaydın" proqramında deyib. O, bildirib ki, həyat yoldaşları hərdən ayrı qalmalıdırlar:

"Hərdən məsafə saxlamaq, bir günlük, bir neçə saatlıq da olsa uzaqlaşmaq lazımdır. İnsan bir-biri üçün darıxmalıdır. Hər gün yanında olsa, ürəyini vurar. Ər və arvad ayrılıqda öz çevrəsi ilə görüşməlidir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9394

Oxşar yazılar