Rusiyalı müğənni Filipp Kirkorov
12 avqust 2021 14:40 (UTC +04:00)

Rusiyalı müğənni Filipp Kirkorov

Filipp Kirkorov Ukraynaya 3 il gedə bilməyəcək - SƏBƏB

0

Məşhur rusiyalı müğənni Filipp Kirkorov 3 il ərzində Ukraynaya gedə bilməyəcək.

Lent.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Təhlükəsizlik Xidməti məlumat yayıb. Qeyd olunub ki, ifaçının ölkəyə girişi üç il müddətinə qadağan edilib.

"Ukraynanın milli təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkənin Təhlükəsizlik Xidməti 2021-ci ilin iyunun 7-sindən etibarən Filipp Kirkorovun 3 il müddətinə ölkəyə gəlişinə qadağa qoyulması barədə qərar qəbul edib" deyə məlumatda bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Filipp Ukraynanın Mədəniyyət Nazirliyi tərəfindən ölkənin milli təhlükəsizliyinə təhlükə yaradan şəxs kimi “qara siyahı”ya salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3534

Oxşar yazılar