Məşhur müğənni Fərhad Göçər, sosial media hesabında etdiyi bir paylaşımla hər kəsin diqqətini çəkib.
Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, bu yaxınlarda "Rüya" mahnısını ərsəyə gətirən ustad sənətçi yeni tərzi ilə pərəstişkarlarını təəccübləndirib. Son halının fotosunu paylaşan Fərhad Göçər, "Saç o formada" şərhini yazıb.
Fərhad Göçərin yeni stili qısa müddətdə izləyicilərindən minlərlə bəyənmə alıb və bəzi pərəstişkarları bu formanın ona çox yaraşdığını vurğulayıb.