Aparıcı Səxavət Nur
16 avqust 2021 15:41 (UTC +04:00)

Aparıcı Səxavət Nur

"Evli deyiləm, subayam" – Səxavət Nur boşandığını AÇIQLADI

“Kiməsə nəyinsə hesabatını vermək fikrim yoxdur, həyatımı istədiyim kimi yaşaya bilərəm. 2014-cü ildən Amerikada yaşayıram. Bura atamın var-dövləti, oğurladığım pulla gəlməmişəm. Burada pizza çatdıran, aşpaz, taksi sürücüsü, yaşlı insanlara və heyvanlara baxan biri kimi çalışmışam. Oxumuşam və ötən ildən böyük şirkətdə çalışıram. Həyatım qaydasındadır, heç kimin maddi yardımına, sponsorluğuna ehtiyacım yoxdur”.

Lent.az xəbər verir ki, bu sözləri uzun illərdir Amerikada yaşayan aparıcı Səxavət Nur sosial şəbəkə hesabındakı paylaşımında açıqlayıb. Son günlər həmcinsi ilə evlənməsi haqqında yayılan yalan xəbərlərlə gündəm olan aparıcı, həyat yoldaşından hələ Amerikaya köçərkən ayrıldığını bildirib.

"Həyatımda bircə dəfə bir məktəbdə oxuduğum sinif yoldaşım, sevdiyim insanla ailə qurmuşam. Övladım da var. Amerikaya gedənə qədər bir yerdə yaşamışıq. Amma müəyyən şeylər var, tutuşmayan hallar olub və yollarımızı ayırmışıq. Dost olaraq münasibətimiz davam edir, arada övladım var. Hamı mənim kim olduğumu bilir, utanacaq nəsə etməmişəm. Evlənməyi düşünmürəm. Evlilik sevgi üzərində qurulmalıdır. Kimsə nəyisə göstərmək üçün evlənir. Hazırda evli deyiləm, subayam".

Aparıcı Səxavət Nur və ailəsi

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11694
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar