Əri ilə küsən aktrisa tərəf müqabili haqqında: "Aramızda uyğunluq var"
31 mart 2023 11:18 (UTC +04:00)

Əri ilə küsən aktrisa tərəf müqabili haqqında: "Aramızda uyğunluq var"

Məşhur aktyor Oğuzhan Koç ilə bir müddətdir küsülü olan aktrisa Demet Özdemir çəkildiyi yeni serialdakı tərəf müqabilindən danışıb.

Lent.az xəbər verir ki, reytinqi yüksək olan "Adım Farah" serialının baş rol aktrisası jurnalistlərə açıqlama verib.

Demet bildirib ki, Engin çox yaxşı tərəf müqabilidir: 

"Enginlə aramızda tam hiss etdiyim kimi gözəl bir uyğunluq var. Bir-birimizdən çox gözəl şeylər öyrənirik. Sadəcə Engin deyil, heyətimizdə də nəhəng adlar var. Setimiz bir məktəb kimidir. Belə uyğunluq içində hərəkət edən aktyor və aktrisalar bir araya gələndə müvəffəqiyyət qaçılmaz olur".

Qeyd edək ki, "Adım Farah" serialı hər çərşənbə axşamı "FOX" TV-də yayımlanır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4251

Oxşar yazılar