Müğənni Elton Hüseynəliyev və xanımı
22 fevral 2021 09:11 (UTC +04:00)

Müğənni Elton Hüseynəliyev və xanımı

Eltonun ailəsində XƏYANƏT: "Həyat yoldaşım..."

“Xəyanəti bağışlamaq olmaz. Həm kişinin, həm də qadının xəyanəti bağışlanılmazdır”.

Lent.az-ın məlumatına görə, bu sözləri müğənni Elton Hüseynəliyev “Atv maqazin onlarla” verilişində şəxsi həyatından danışan zaman deyib. O, bildirib ki, həyat yoldaşına xəyanət edib:

“Həyat yoldaşım xəyanəti mənə bağışladı. Doğmalıq elə bir nemətdir ki, Allah insanı bağışlayırsa, deməli doğması da onu bağışlayar... Yetər ki, həmin insan etdiyi səhvindən dönə bilsin.

Ailəmi tərk edib, bir il onlardan uzaqlaşdım. O səhvi yenidən etmək istəməzdim. Amma insan o məqama qayıda bilmir. Düzəltmək üçün bundan sonra onları həmişə xoşbəxt etmək lazımdır. Çünki hər bir insan üçün ən gözəl nemət ailəsidir. İndi ailəmlə çox xoşbəxtəm. Mənim səhvlərimi başa düşməyimə həyat yoldaşım kömək etdi. Əgər belə olmasaydı, o səhv başqa səhvlərə gətirib çıxarardı. Ona görə deyirlər ki, hər bir uğurlu kişinin arxasında onun həyat yoldaşı dayanır. Öz həyat yoldaşım Tamillaya təşəkkür edirəm. O, mənə görə çox cəfa çəkib. Səni qəlbdən istəyən biri yoxdursa, nə qədər uğur qazansan da o uğuru, sevinci paylaşmağa kimsə olmadıqda onlar hamısı mənasızdır”.

Qeyd edək ki, Elton və Tamilla cütlüyünün iki qız övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 36918
avatar

Yalçın UĞUR

Oxşar yazılar