Çox sevilən cütlük ayrıldı -  SƏBƏB
30 dekabr 2022 10:10 (UTC +04:00)

Çox sevilən cütlük ayrıldı - SƏBƏB

Türkiyəli aktrisa Afra Saraçoğlu və həmkar sevgilisi Mert Yazcıoğlu ayrılıblar.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onların ayrılmasına səbəb Saraçoğlunun serialdakı partnyoru Mert Ramazan Demirlə çox yaxın olmasıdır.

Belə ki, bir müddət əvvəl onların səmimi görüntüləri yayılmışdı. Hətta məkamların birində Mert Yazcıoğlunun yaxın dostu və həmkarı Kubilay Aka onlara müdaxilə edərək Ramazanla dalaşmışdı.

Bundan əlavə, cütlüyün rol aldıqları serialın yayım şirkəti yeni il ilə bağlı axşam yeməyi təşkil edib. Onların buradan da səmimi görüntüləri yayıldıqdan sonra Yazcıoğlu münasibəti bitirməyi qərar verib. Mert Uskumruköydə birlikdə yaşadıqları evi də tərk edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3396
avatar

Sevinc Fərid

Oxşar yazılar