Aktrisa və müğənni Çimnaz Sultanova diqqət çəkən paylaşım edib.
Lent.az xəbər verir ki, o, “Instagram” hesabında onun şəxsi həyatını müzakirə edənlərə cavab verib:
“Görürəm ki, son zamanlar hamı “ağıllı” olub. Başqalarının həyatını müzakirə etmək, necə deyərlər, başqalarının həyatına “burun soxmaq” toplum üçün borc olub.
O bildirib ki, arxamca danışanlara sözüm odur ki, hürməyə davam edin, çünki siz hürdükcə mənə ləzzət edir:
“Bəlkə səsinizi eşidib, qabağınıza sümük atan olar! Ümumiyyətlə, çoxlu qüsurları olan insanlar bu qüsurları ilk növbədə başqalarında görürlər. Bu mahnımı sizlərə bəxş edib soruşuram: “Sən kimsən, həyatıma qarışırsan? Sən kimsən, dalımca danışırsan? Sən kimsən, “Instagram”da rəy yazırsan? Sən kimsən ki? Mənə həsəd aparıldıqda sevinirəm. Bu o deməkdir ki, mənimlə maraqlanırlar. Ancaq hər şeyin öz həddi var!”