"Bu evliliyə inanmadım. Aysunun yanındakı bəyə inanmadım. Bilmirəm kim kimin oyununa gəlib, amma başdan ayağa oyun idi".
Lent.az xəbər verir ki, bunu aparıcı Sərxan Kərəmoğlu "MTV maqazin"ə açıqlaması zamanı deyib. O, Rəqsanə İsmayılovanın ünvanına tənqidlər səsləndirib. Həmçinin ifaçının qızı Aysun İsmayılovanın boşanma xəbərinə münasibət bildirib.
"Bu evliliyə inanmadım. Aysunun yanındakı bəyə inanmadım. Bilmirəm kim kimin oyununa gəlib, amma başdan ayağa oyun idi. Bu oyuna inanan da axmaqdı. Aysun bir ad xatirinə evlənmiş olsaydı, davam edərdi. Uşaq dünyaya gətirərdi və ayrılardı. Aysunda biclik yoxdur, ağlı olsaydı bu addımı atardı? Onsuz şou-biznesdəkilər uşaq və ərə getmə adı xatirinə evlənənlərdi. Başqa istəyənə rahatlıqla razılıq versin. Aysun o biclikləri etsəydi, ana olardı. Şam ola, müqəddəs ola, rəhmətə gedərəm, yenə də Rəqsanənin bir kəlməsinə inanmaram. Amma Aysuna inanaram".
Qeyd edək ki, Aysun yayda Eşqin adlı şəxslə evlənib və bir neçə ay əvvəl isə boşanıb.