Britni Spirsin atası qızından 2 milyon dollar  rüşvət istəyir
01 sentyabr 2021 06:57 (UTC +04:00)

Britni Spirsin atası qızından 2 milyon dollar rüşvət istəyir

Amerikalı müğənni Britni Spirsin atası qızı üzərində himayədən imtina etməsi təqdirdə qızının ona təxminən 2 milyon dollar təzminat ödəməsini tələb edir.

Lent.az xəbər verir ki, bu barədə “TMZ” portalı məhkəmə materiallarına istinadən məlumat yayıb.

Məlumata görə, müğənninin hüquq müdafiəçisi iddia edir ki, Ceyms Spirs qəyyumluqdan imtina etməzdən əvvəl məhkəmə xərclərini qızının hesabına ödəməyi və müğənni ilə əməkdaşlıq edən “Tri Star” şirkəti ilə hesablaşmağı düşünür. Söhbət ümumilikdə təxminən 2 milyon dollarlıq məbləğdən gedir.

Müğənninin vəkili Metyu Rozenqart onun atasının niyyətini rüşvət cəhdi kimi qiymətləndirir.

“Britni Spirs atası tərəfindən alçaldılmağa və zorakılığa məruz qalmayacaq”, - deyən vəkil əlavə edib ki, Ceyms Spirsin “qızı üzərində himayədən imtina üçün şərtlər qoymaqla onu girov saxlamağa haqqı çatmır”.

2008-ci ildə B.Spirs narkotik asılılığı və psixi pozuntular səbəbindən qismən əlil elan edilib. 10 ildən çoxdur ki, müğənninin maliyyəsi, o cümlədən milyonlarla dollarlıq fondu atası və məhkəmənin təyin etdiyi vəkil tərəfindən idarə olunurdu. Müğənninin atası onun karyerası, müalicəsi və şəxsi həyatı ilə bağlı tək şəkildə bir çox qərarlar verib. İfaçının bəzi pərəstişkarları iddia edirdilər ki, müğənni bütün bunlara qarşı olsa da, razılaşmaq məcburiyyətində qalıb.

Bu ilin iyul ayında müğənni şəxsən məhkəməyə müraciət edərək, 13 ildir davam edən qəyyumluğun ləğv olunmasını istəyib.

39 yaşlı müğənninin təxminən 60 milyon dollarlıq sərvəti var.

# 2772
avatar

Oxşar yazılar