Ancelina Coli
22 oktyabr 2021 02:20 (UTC +04:00)

Ancelina Coli

Boşanan aktrisa ilə bağlı ŞÜBHƏLƏR: iki kişi ilə ...

Boşanmış Ancelina Colinin iki kişi ilə eyni anda sevişməsndən şübhələnirlər. 

Lent.az xəbər verir ki, aktrisa keçmiş həyat yoldaşı Bred Pittdən hələ 2016-cı ildə boşanıb. Lakin o vaxtdan onların məhkəmə çəkişmələri mətbuatın diqqətini özünə cəlb edir.

Keçmiş tərəfdaşlar bir-birinə qarşı yığılmış iddiaları məhkəmədə həll edərkən onların şəxsi həyatı arxa plana keçib.

Bundan əlavə, Ancelina Coli özü, ərindən boşandıqdan sonra şəxsi həyatının detallarını paylaşmağı dayandırıb. Aktrisanın əsas diqqəti uşaqlarının tərbiyəsinə yönəlib.

Bununla birlikdə, həftə sonu məşhuru “Beverli-Hills”də tək deyil, bir neçə nəfərlə birgə görünüb.

Keçmiş əri Conni Li Miller də müşayiətçi rolunu oynayıb.

Ancaq eyni zamanda mənbələr aktrisanın əvvəllər reper The Weeknd ilə bir yerdə göründüyünü xatırladırlar.

46 yaşlı Hollivud ulduzunun 31 yaşlı musiqiçiyə simpatiya bəslədiyi güman edilir.

# 11934
avatar

Oxşar yazılar