Mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov atasının ölümü barədə danışıb.
Lent.az-ın məlumatına görə, məşhurun oğlu "O üz" verilişində atasının xəstəxanaya getməməsinin səbəbini açıqlayıb:
"Atam deyirdi ki, 70 yaşımı görməyəcəm. Bunu yarızarafat-yarıciddi qəbul etmək istəmirdik, amma müddət keçdikcə görürük ki, sözlərinin çoxu reallığa çevrilir. Koronavirusa yoluxanda xəstəxanaya getməsi üçün 3-4 dəfə məcbur etmək istədik. Dedi ki, yox, dünyamı dəyişsəm də, el adəti ilə yuyulub, kəfənləmək istəyirəm".
Qeyd edək ki, evində müalicə alan Baloğlan Əşrəfov ötən ilin aprelində dünyasını dəyişib.