Türkiyəli məşhur müğənni Deniz Seki Azərbaycana gəlib.
Lent.az xəbər verir ki, o, Bakıda doğum günü məclisində səhnə alıb.
Denizin bir xeyli danışılan makiyajı sosial şəbəkələrdə izləyicilər tərəfindən təəccüblə qarşılanıb. İfaçı özünü bu halıyla Cennifer Lopezə bənzədib.
“Birazdan çox özəl bir məclisdə çıxış edəcəyəm. Məni elə bir komanda hazırladı ki, özümü tanımaqda çətinlik çəkirəm. Bütün Bakını, Azərbaycanı çox sevirəm”, - deyə ifaçı qeyd edib.
Qeyd edək ki, sosial şəbəkə izləyiciləri Deniz Sekini ilk baxışdan tanımayıblar.