İdrak Mirzəlizadə
30 avqust 2021 18:11 (UTC +04:00)

İdrak Mirzəlizadə

Azərbaycanlı şoumenlə bağlı Rusiyada YENİ QƏRAR

Rusiyanın Daxili İşlər Nazirliyi Azərbaycan əsilli “stand up” ustası, Belarus vətəndaşı İdrak Mirzəlizadəni ölkədə ömürlük arzuolunmaz qonaq kimi hesab edib. 

Lent.az-ın məlumatına görə, belaruslu komediyaçı İdrak Mirzəlizadənin Rusiyaya girişi əbədi olaraq qadağan edilib. 

Bu ayın əvvəlində Rusiyanın Taqansk məhkəməsi onu “ İnsan ləyaqətini alçaltmaq, nifrət və ya düşmənçiliyə təhrik etmək” maddəsi ilə 10 günlük inzibati həbs cəzasına məhkum etmişdi. Buna səbəb gülüş ustasının ruslar haqqında videosu olub. Mirzəlizadənin dediyinə görə, o əslində ksenofobiyanı lağa qoyub və qınayıb. Monoloqun sözləri tamamilə kontekstdən çıxarılıb. 

Qeyd edək ki, İdrak Mirzəlizadə bu ilin mart ayında Rusiyada yaşamaq icazəsi alıb. 

Sevinc Fərid

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5442
avatar

Oxşar yazılar