Rusiyada məşhurlaşan 27 yaşlı azərbaycanlı müğənni Jah Khalid (Bəxtiyar Məmmədov) "YouTube"da yayımlanan "Надо обсудить" şousunun qonağı olub.
Proqram zamanı reper ilk dəfə üçmərtəbəli evini göstərib.O bildirib ki, evi atası Hüseyn Məmmədov tikib. Anası isə dekorunu edib.
Valideynlərinin, həyat yoldaşının yaşadığı ev Jah Khalidə 36,5 milyon rubla (təxminən 845 min manat) başa gəlib. Evin birinci mərtəbəsi ifaçının geyimlərinin yer aldığı muzey edilib. Bir otaqda isə onun aldığı mükafatlar yerləşdirilib.
(Axşam.az)