Xalq artisti, Azərbaycan səhnəsinin "diva"sı Aygün Kazımova yeni fotosessiyasını paylaşıb.
Lent.az xəbər verir ki, o, qeyri-adi imici ilə kamera qarşısına keçib.
O, bu dəfə ağ mirvari qaşlı saç düzümündən, tünd olmayan makiyajdan və mirvari boyunbağıdan istifadə edib.
Hətta sosial şəbəkə istifadəçilərindən müğənninin bu imicini bir vaxtlar oxşar saç aksesuarından istifadə edən Türkiyənin "diva"sı Bülent Ərsoya da bənzədənlər olub. Bəzi izləyicilər isə Xalq artistinin özünəməxsus zövqünün olduğunu, kimləsə müqayisə olunmadığını da iddia edib.
Qeyd edək ki, 51 yaşlı Aygün Kazımova bundan öncə Hadisenin də geyindiyi "Balenciaga" markalı eyni cins şalvarla görünmüşdü.