Axtarışa verilən Afət Fərmanqızı ölkədən getdi -VİDEO
16 may 2022 10:56 (UTC +04:00)

Axtarışa verilən Afət Fərmanqızı ölkədən getdi -VİDEO

Axtarışa verildiyi deyilən müğənni Afət Fərmanqızı Azərbaycanı tərk edib. 

Lent.az xəbər verir ki, o, öz “Instagram” hesabında hava limanından paylaşım edib. 

Belə ki, müğənni sosial şəbəkədə bunları yazıb:

“Mən həyat yoldaşımın yanına uçuram. Bəbişimlə uçuram, həkimim bizi gözləyir". 

Ötən gün isə sosial şəbəkə hesabında “İşlərimlə bağlı Rusiyaya getməliyəm. Axtarışda olan adam xaricə gedə bilər?”, - deyə müğənni izləyicilərinə sual ünvanlamışdı.

Xatırladaq ki, Xalq artisti, tanınmış sənətçi Flora Kərimova ilə arasında olan məhkəməyə dəfələrlə gəlməyən müğənni bir neçə gün əvvəl axtarışa verildiyi qeyd olunub.
 

Afət Fərmanqızı ölkədən getdi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4203

Oxşar yazılar