Amerikalı aktyor evində ölü tapıldı
07 sentyabr 2021 05:24 (UTC +04:00)

Amerikalı aktyor evində ölü tapıldı

“Soprano Klanı” və “Qurama” seriallarında rol alan amerikalı aktyor Maykl Kennet Uilyams 55 yaşında dünyasını dəyişib.

Lent.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti polisə istinadən məlumat yayıb.

Bildirilir ki, aktyor Bruklindəki mənzilində ölmüş vəziyyətdə tapılıb. Mənzildə narkotik maddə də aşkar edilib. Ona görə də Uilyamsın həddindən artıq dozada narkotik maddə qəbulu nəticəsində öldüyü ehtimal edilir.

# 2628
avatar

Oxşar yazılar