"Əsl musiqiyə qulaq asmaq dərəcəsi bir az aşağı düşüb. Camaatın hamısı harasa tələsir. Yəni, tez, tez, tez... Amma muğam sənəti elədir ki, tələsəndə mənəvi qida qəbul olunmaz".
Lent.az xəbər verir ki, bu sözləri Xalq artisti Alim Qasımov verilişlərin birində qonaq olarkən deyib. O, bəzi ifaçılardan söhbət açıb:
"Mənəvi qida üçün birinci səbr, əyləşmək lazımdır. Əyləşəndən sonra bir məkan lazımdır ki, o mənəviyyatı qidalandıra biləsən. Yoxsa, ayaqüstə, ritm gedə-gedə o qidanı almaq çox çətindir. Ona görə indiki dövrə uyğunlaşaraq, bu cavan uşaqlar ritmlə mahnı oxuyurlar, toyları, şənlikləri aparırlar".
Ətraflı videoda: