Əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.
Lent.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən aktrisa bu barədə sosial şəbəkə hesabında paylaşım edərək bildirib.
“İllərdi 419-cu palataya gəlirəm. Bir ümidim var ki, sağalacam və sağalıram da. Gəlmələrimin sayını itirmişəm. Amma kimyaterapiya üçün artıq 25-ci dəfədir bu otaqda yenə qonağam. İnşallah bunu da birlikdə yenəcəyik”.
Əməkdar artist Tünzalə Əliyeva