Hollivud ulduzu Tom Kruz və kubalı aktrisa Ana de Armas bu dəfə Vermontda birlikdə gəzinti zamanı görüntülənib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Tom Kruz və Ana de Armas sevgili olduqlarını açıqlayıblar. Aktrisa Ana de Armas yaxın günlərdə Tom Kruz ilə bir neçə layihədə işlədiyini təsdiqləyib.
"Gələcəyin işi" və "mentor münasibəti"
Onlardan biri rejissor Dag Laymanın çəkdiyi "Daha dərin" adlı fövqəltəbii trillerdir.
Rəsmi açıqlamalarda hər şey “peşəkar əməkdaşlıq” kimi təqdim olunsa da, insayderlər onların arasında "xüsusi kimya" olduğunu vurğulayıb.