Avqustun 13 və 14-də ölkə ərazisində qeydə alınan 126, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 36, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 7 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 75 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 108 nəfər saxlanılıb.