"Şərurlu İsfəndiyar"ın məhkəməsində ETİRAZ:  O zaman AMEA-nın rəhbəri Ramiz Mehdiyev olub
11 dekabr 2025 13:04 (UTC +04:00)

"Şərurlu İsfəndiyar"ın məhkəməsində ETİRAZ: O zaman AMEA-nın rəhbəri Ramiz Mehdiyev olub

0

Bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə "Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Lent.az xəbər verir ki, məhkəmədə ekspert Nəzakət Qaziyeva işlədilən bütün söz və ifadələrin ədəbi dilə uyğun olduğunu bildirib:

"Linqvistik ekspertizada təqdim edilmiş kəskin fikirlər tənqidi dəyərləndirilə bilər, təhqir səciyyəsi daşımır. Yəni nitq vahidləri emosional olsa da təhqir hesab edilmir".

Vəkil Asim Abbasov rəyin mötəbər sübut kimi qəbul olunmasına etiraz edib:

"Etirazımızın səbəbi odur ki,  dilçilik institutunun 2021-ci ildə təyin olunan hazırkı rəhbəri, AMEA-nın həmin vaxt rəhbəri olmuş şəxslə  və İsfəndiyar Axundov  arasında əlaqənin  mövcudluğunu ehtimal edərək, bununla bağlı etiraz edirik".

Qeyd edək ki, sözügedən vaxtda  AMEA-nın prezidenti Ramiz Mehdiyev olub.

Hakim Vüsal Tağıyev etirazın yazılı şəkildə məhkəməyə təqdim edilməsinə  etiraz etməyib. Növbəti proses 15 dekabr saat 11:00-a təyin olunub.

Xatırladaq  ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə, İ. Axundov müsahibələrindən birində E. Səməndərovu dələduz kimi təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar