"Semaşko"da  QANLI OLAY:   39 yaşlı kişi  BIÇAQLANDI
24 dekabr 2021 16:01 (UTC +04:00)

"Semaşko"da QANLI OLAY: 39 yaşlı kişi BIÇAQLANDI

Kliniki Tibbi Mərkəzdə bıçaqlanma baş verib.

Lent.az-ın məlumatına görə, hadisə dekabrın 23-də saat 13 radələrində KTM-in həyətində qeydə alınıb.

Bakı şəhər sakini 36 yaşlı Rüstəm Rafiq oğlu Zeynalov aralarında yaranmış münaqişə zəminində paytaxt sakini 39 yaşlı Ramal Səxavət oğlu Məmmədovu bıçaqlayıb.

Qarın nahiyəsindən bıçaq xəsarəti alan yaralı dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən R. Zeynalov isə hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsinin əməkdaşlarından ibarət əməliyyat axtarış qrupu yaradılıb. Hazırda R. Zeynalovun tutulması istiqamətində zəruri axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5802
avatar

Mehman Nəbiyev

Oxşar yazılar