Rusiyada azərbaycanlı həmyerlisini GÜLLƏLƏDİ
04 mart 2025 09:23 (UTC +04:00)

Rusiyada azərbaycanlı həmyerlisini GÜLLƏLƏDİ

Rusiyanın paytaxtı Moskvada azərbaycanlı həmyerlisini güllələyib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə günorta saatlarında Verxnie Polya küçəsində baş verib.

İlkin məlumata görə, “Hyundai” markalı avtomobildə iki azərbaycanlı olub. Aralarında olan mübahisə zamanı onlardan biri tapançasını çıxararaq digərinin qarnına bir neçə dəfə atəş açıb. Yaralı avtomobildən düşə bilib. Daha sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Axtarış zamanı 41 yaşlı şübhəli saxlanılıb və ondan tapança götürülüb. İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəisinin böyük köməkçisi Yuliya İvanovanın sözlərinə görə, yaxın vaxtlarda şübhəli şəxsə qarşı ittiham irəli sürüləcək və onun barəsində həbs qətimkan tədbiri seçiləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672

Oxşar yazılar