Hadisə Britaniyanın şimal əyalətlərindən birində baş verib.
Lent.az-ın xəbərinə görə, 35 yaşlı ailəli kişi özünə yeni məşuqələr tapmaq üçün “Facebook”da saxta profil açıb.
Bir neçə gün sonra onun toruna bir gənc qadın düşüb. Amma kişinin işi düz getməyib. Sən demə, qadın bu kişinin arvadının rəfiqəsi imiş. O, kişini məsələni arvadına deyəcəyi ilə hədələyib.
Bundan qəzəblənən kişi qisas almaq niyyətinə düşüb. O, qadını işdən çıxarkən tənha bir əraziyə apararaq zorlayıb. Təcavüzdən sonra isə bildirib: “Bu məsələni açıb-ağartsan yenə zorlanacaqsan”.
Qadın məsələni 5 il ailəsindən gizlətsə də, ötən yayda vəziyyət dəyişib. Onu zorlayan kişi başqa profillə peyda olaraq qeyri-etik şəkillər göndərib. Bu dəfə isə qadın məsələni polisə danışıb.
Məhkəmənin hökmü ilə 35 yaşlı kişi 16 il azadlıqdan məhrum edilib.