Qohumlar arasında QAN DÜŞDÜ : ov tüfəngi ilə...
10 yanvar 2022 09:39 (UTC +04:00)

Qohumlar arasında QAN DÜŞDÜ: ov tüfəngi ilə...

Xaçmazda kişi qohumu tərəfindən güllələnib.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, yanvarın 8-i saat 21 radələrində Xaçmaz rayonu Köhnə Xaçmaz kənd sakini 36 yaşlı Cavid Mahmudova odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə  məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qohumu 40 yaşlı Nail Mahmudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Cavid Mahmudovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Nail Mahmudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2133
avatar

Mehman Nəbiyev

Oxşar yazılar