Polis zabiti arvadını şöbədə öldürdü
19 iyun 2024 17:26 (UTC +04:00)

Polis zabiti arvadını şöbədə öldürdü

Türkiyədə polis zabiti arvadını öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə axşam saatlarında Rize şəhərində baş verib. Polis baş leytenantı 42 yaşlı Aydın Səməd Ekşinin həyat yoldaşı 40 yaşlı Aylin Ekşi Qəsəbə Jandarma Komandanlığının lojmanlarında açılan atəş nəticəsində həyatını itirib.

Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində baş leytenant Aydın Səməd Ekşi saxlanılıb.

Prosedurların ardından məhkəməyə sövq edilən Ekşi həbs edilib. Cütlüyün 1,5 ay əvvəl evləndiyi məlum olub.

Hadisə ilə bağlı genişmiqyaslı araşdırmalar davam edərkən, Aylin Ekşinin əri tərəfindən öldürülüb-öldürülmədiyi məhkəmə tibbi ekspertizasının rəyindən sonra müəyyənləşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7614
avatar

Oxşar yazılar