Türkiyənin İstanbul şəhərinin Eyüpsultan Bələdiyyəsində əməliyyat keçirilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, əməliyyat çərçivəsində bələdiyyə sədri Mithat Bülent Özmen də daxil olmaqla 28 nəfər saxlanılıb.
Məlumata görə, əməliyyat Ankara Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində həyata keçirilib. Məlumata əsasən, saxlanılanlardan 23-ü dövlət qulluqçusudur.
Hazırda araşdırma davam edir və saxlanılan şəxslərin hüquqi statusu ilə bağlı əlavə məlumat gözlənilir.